Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.
Hokm.az xəbər verir ki, bu barədə ÜST ARB-nin tviter səhifəsində deyilir.
“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, – paylaşımda qeyd olunub.report.az