Alimlərlə bağlı görüləsi işlərimiz çoxdur.
Hokm.az “AzEdu.az”a istinadən xəbər verir ki, bu sözləri Elm və ali təhsilin beynəlmilləşməsi tədbirində Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
“Xaricdən hər hansısa bir tədqiqatçını Azərbaycana alim kimi çağırırıq, amma özünə hörmət edən alim gəlib buradakı proseslərdən keçmək istəmir. Bu maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini gücləndirək. Müşahidələrimiz onu göstərir ki, ali təhsil müəssisələri onlar üçün yönləndirdiyimiz vəsaiti bürokratik şəkildə xərcləyə bilmir. Həmişə hər şeyi daha asan və səmərəli yolla həll etmək olar, amma bunun üçün iradə lazımdır. Alimin işi tədqiqat aparmaqdır, sənədlərlə vaxt keçirmək yox”. – deyə nazir qeyd edib.