Fransa Prezidenti Emmanuel Makron bu gün Varşavada Polşanın Baş naziri Donald Tuskla münaqişə başa çatdıqdan sonra Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ehtimalını müzakirə edəcək.
“Hokm.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Mənbələrin sözlərinə görə, sülhməramlı qüvvələrin göndərilməsi barədə təklif Ukrayna və Rusiya arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasından asılı olacaq.
Bununla belə, Fransa prezidentinin ofisi bildirib ki, Makron Varşavaya Donald Trampın ABŞ prezidenti seçilməsi fonunda Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün gedir.