ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb”.
Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
“Sizin müqavimətiniz azad dünyaya ilham verdi”, – Pentaqonun başçısı Ukraynanın müdafiə naziri Oleksey Reznikova müraciət edərək deyib.
Lloyd Ostinin sözlərinə görə, öz ölkəsi uğrunda mübarizə aparan Kiyevin dəstəklənməsi sürətlə artır. O vurğulayıb ki, toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb.
Qeyd edək ki, NATO-ya üzv dövlətlərdə daxil olmaqla 40-dan artıq ölkənin müdafiə nazirlərinin Ramştaynda toplantısı keçirilir. Ukraynaya yardım yığıncağın əsas mövzusudur.