Ukraynanın XİN başçısı: “Lavrovun tələbləri kapitulyasiya siyahısına oxşayır”backend

Ukraynanın XİN başçısı: “Lavrovun tələbləri kapitulyasiya siyahısına oxşayır”

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Antalyada Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransı keçirib.
Hokm.az xəbər verir ki, XİN rəhbəri Rusiya tərəfinin şərtlərinin çox ağır olduğunu bildirib.
“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm. Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, deyə Kuleba bildirib.
  •  (1)
  •  (0)