Ukraynanın eks prezidenti DANIŞDIbackend

Ukraynanın eks prezidenti DANIŞDI

İnsanlar su əldə etmək üçün qarı əridir, bu sözləri Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ukraynanın şimal-qərbində yerləşən İrpin vilayətindən qaytıdıqdan sonra BBC-yə müsahibəsi zamanı deyib.
O, İrpində baş vermiş fəlakətli humanitar böhrandan danışıb.
Poroşenko deyir ki, insanlar su almaq üçün qarı əridir və şəhərdə işıq, istilik, yemək və dərman yoxdur.

Kremlin əsas şəhərlərdə atəşkəsə əməl edəcəyinə və humanitar dəhlizləri açıq saxlayacağına inanırmı sualına Poroşenko deyib ki, o, hakimiyyətdə olarkən Vladimir Putinlə çox mənfi təcrübə keçirib və dünyanı xəbərdar edib ki, ona etibar etməsin.

Poroşenko müsahibəsi zamanı  atom elektrik stansiyalarının üzərində səmanı bağlamaq lazımım olduğunu da vurğulayıb.
Fevralın 24-dən başlayaraq Rusiya Ukraynada hərbi əməliyyatlar keçirir. Bu gün hərbi əməliyyatlardan 15 gün gün keçir.
  •  (1)
  •  (0)