Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölübbackend

Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölüb

Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, məlumatı Çerniqov vilayət administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.

Məlumata görə, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.

  •  (0)
  •  (0)