Ukrayna xalqının sağ qalmağının yeganə təminatçısı… – Zelenski AÇIQLADIbackend

Ukrayna xalqının sağ qalmağının yeganə təminatçısı… – Zelenski AÇIQLADI

“Ukraynanın müdafiəsi indi birinci dərəcəli vəzifədir və qalan hər şey bunun törəməsidir. Mən Rusiya Federasiyasının nümayəndələri ilə müxtəlif səviyyələrdə davam edən danışıqlar prosesi ilə bağlı hesabatları məhz bu əsasda nəzərdən keçirirəm. Onlar hələ də ərazimizdədir. Şəhərlərimizin atəşə tutulması davam edir, Mariupol mühasiyərə alınıb. Raket və hava zərbələri dayanmır”.

Hokm.az xəbər verir ki, bunu növbəti videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edərkən bildirib.

O, qeyd edib ki, bunlar reallıqdır.

“Bunlar faktlardır. Ona görə də Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatı, dövlətin müdafiəsinə qoşulan hər kəs bu gün yaşamağımızın yeganə qarantıdır, xalq, dövlət olaraq.

Bəli, danışıqlar platformasından eşitdiyimiz siqnalları müsbət adlandıra bilərik. Lakin bu siqnallar Rusiya mərmilərinin partlayış səslərini boğmur”, – deyə Zelenski bildirib.redaktor.az

  •  (0)
  •  (0)