Ukrayna səfirinin meyiti oteldə tapılıbbackend

Ukrayna səfirinin meyiti oteldə tapılıb

Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə vəfat edib.

Hokm.az APA-ya istinadən verdiyi məlumata görə, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
A. Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində aşkarlanıb. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.

Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.
Qeyd edək ki, 45 yaşlı A. Beşta 2015-ci ildə Tailanda səfir təyin edilib. Bundan əvvəl diplomat karyerası ərzində BMT və digər beynəlxalq təşkilatlardakı Ukrayna nümayəndəliklərində, o cümlədən Ukraynanın Tailanddakı səfirliyində məsləhətçi kimi çalışıb.

  •  (0)
  •  (0)