Ukrayna Rusiyanın tələbini qəbul etdi – Putinin köməkçisi AÇIQLADIbackend

Ukrayna Rusiyanın tələbini qəbul etdi – Putinin köməkçisi AÇIQLADI

“Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib”.

Hokm.az TASS-a istinadən xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib.
O qeyd edib ki, Ukrayna hərbi məsələlərlə bağlı hər şeyi Rusiyanın razılığı ilə edəcək:

“Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, – V.Medinski deyib. (Bizim.Media)

  •  (0)
  •  (0)