Ukrayna qaranlığa bürünüb – NASA görüntüləri yaydı – FOTObackend

Ukrayna qaranlığa bürünüb – NASA görüntüləri yaydı – FOTO

Son 15 gündür Rusiyanın şiddətli bombardmanlarına məruz qalan Ukraynadan dünyaya göndərilən fotoşəkillər müharibənin acısını və dağıntısını bütün çılpaqlığı ilə ortaya qoyub.

Hokm.az xəbər verir ki, NASA-nın təqdim etdiyi peyk şəkilləri tamamilə fərqli bir həqiqəti üzə çıxarıb.

Bir vaxtlar gecə səmasının işıqlara büründüyü Ukrayna bir neçə gündə qaranlığa qərq olub.

NASA tərəfindən göndərilən şəkillər fevralın 3-dən martın 9-na kimi olan dövrü əhatə edib. Cəmi bir aylıq fərq ölkədə yaşanan dağıntıları, hücum qorxusundan yandırılmayan işıqları və elektrik enerjisi tamamilə kəsilən şəhərləri ortaya qoyub.Sfera.az

 

  •  (0)
  •  (0)