Ukrayna ilk dəfə əks-hücuma keçdi: “Bu son deyil və biz yalnız müdafiə olunmayacağıq”backend

Ukrayna ilk dəfə əks-hücuma keçdi: “Bu son deyil və biz yalnız müdafiə olunmayacağıq”

Ukrayna Silahlı Qüvvələri ilk dəfə əks-hücuma keçib. 
Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Donbassa hücuma keçərək, Donetsk vilayətinin işğal olunmuş Qorlovka şəhərinə qədər irəliləyiblər.
“Birləşmiş qüvvələrin əməliyyat zonasından yaxşı xəbərlər var. Bizim bölmələrimizin böyük hissəsi öz mövqelərindədir və briqadalarımızdan biri Qorlovka şəhərinin yaxınlığına qədər irəliləyib. Hazırda orda möhkəmlənirlər və mümkündür ki, hücumu inkişaf etdirsinlər. Bu çox yaxşı xəbərdir. Çünki 7 gün ərzində bölmələrimiz ilk dəfə olaraq hücuma keçib. Düşünürəm ki, bu sonuncu hücum və sonuncu əks-hücum olamayacaq. Tezliklə biz torpaqlarımızı azad edəcəyik və yalnız müdafiə olunmayacağıq”, – deyə Arestoviç bildirib.Qaynarinfo
  •  (0)
  •  (0)