“Üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil” – Paşinyanbackend

“Üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatdan danışıb.

Hokm.az xəbər verir ki, Paşinyan Araqatsotn bölgəsinə səfəri zamanı yerli sakinlər qarşısında çıxış edərək ölkəsində bu bəyanatı dəyişdirmək istəyənlərə xüsusi mesaj ünvanlayıb:

“Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, hazırda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil”.

Baş nazir, həmçinin Ermənistanda vətəndaş qarşıdurmalarının qarşısını aldığını vurğulayaraq, hazırkı daxili siyasətdən söz açıb. O, iqtidara kimin gələcəyinə yalnız xalqın qərar verə biləcəyini diqqətə çatdırıb.

Bundan əlavə, Paşinyan ölkədən qaçmayacağını bəyan edib.”Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım. Bir çox cəhətdən hökumətimizi günahlandırmaq olar, amma bu məsələlərə görə yox”, – deyə baş nazir bildirib.metbuat.az

  •  (1)
  •  (0)