Bir neçə gün bundan öncə xəbər vermişdik ki,Ucar rayonunun Qaradağlı kəndində olduqca acınaqlı vəziyyət yaranıb.
Kənd sakinlərin bildirdiyinə görə Rayon İcra Hakimiyyəti,kəndin icra nümayəndəliyi və bələdiyyə kənd sakinlərinin vəziyyətilə maraqlanmırlar.
Xüsusi rejimli karantin günlərində respublikanın bir çox bölgələrində rayon rəhbərliyi,bələdiyyə və icra nümayəndələri əhalinin qayğısına qalır ,yardımlar edir.Haqqında danışdığımız Qaradağlı kəndində isə vəziyyət tamam başqa cürdür.
Qaradağlıların verdiyi məlumata görə dövlət tərəfindən imkansız ailələr üçün ayrılmış ərzaq yardımları bəzi vəzifəli şəxslər tərəfindən talan edilərək imkanlı şəxslərə paylanılır.Hətta yardım qutularındakı ərzaqlar götürülərək tək-tək kənd sakinlərinə verilir.analoq.az
Hokm.az-ın ünvanına göndərilən videonu olduğu kimi təqdim edirik: