Dünyanın ən zəndin adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tvitteri almaq istəyir.
Hokm.az xəbər verir ki, bu barədə milyarder sosial şəbəkədə məlumat paylaşıb. 50 yaşlı Mask sosial şəbəkənin vahid sahibi olmaq, onu özəlləşdirmək istəyir. O, bunun üçün artıq 43 milyard dollar (təxminən 73 milyard 100 milyon manat) da təklif edib.
Qeyd edək ki, dünyanın ən zəndin adamı bir neçə gün əvvəl tvitterin 9,2% payının sahibi olub. Onun hazırda 265,1 milyard dollar sərvəti var.”Unikal”