Yozgat Bozok Universiteti rektoru Prof. Dr. Ahmet Karadağ, 2022 ili içərisində mövcud olan akademik iş əlaqələrini gücləndirmək məqsədi ilə Bakıya müxtəlif ziyarətlər gerçəkləşdirib. Ziyarət əsnasında Türkiyədə təhsil almağı planlayan Azərbaycanlı gənclərin, Bozok Universitetini tanıtdıran və seçim etmələrinə təsir göstərən proqramlarda iştirak edib. Bu ziyarətlərdə baş tutan görüşlərin və əməkdaşlıqların protokollarının nəticə verməyə başladığı böyük bir məmnuniyyət ilə görülməkdədir.
Azərbaycanın ən öndə gedən təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovla gerşəkləşən görüş və razılıqdan sonra əməkdaşlıq çərçivəsində sənəd imzalanıb. İmzalanan sənədə, əsasən, iki universitetlərin akademikləri arasında “Türkiyə və Azərbaycandakı Beynəlxalq tələbələr üçün Təhsilin Tənzimlənməsi Proqramının hazırlanması və onun səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda bir layihə başladılıb. Türkiyədə təhsil alan, beynəlxalq tələbələr sıralamasında ikinci yer tutan 24.000-ə yaxın azərbaycanlı gəncin təhsil və sosial həyatlarında daha müvəffəqiyyətli olmaları üçün qeyd olunan bu layihənin müsbət nəticələr verəcəyi gözləniləndir.
Rektor Karadağ Azərbaycana səfəri zamanı ikinci böyük şəhərimiz olan Gəncədə Azərbaycan Aqrar Universitetinə də baş çəkib. Görüşdə sağlam nəsillər naminə istehsal edilən qidaların mənşəyinin bilinməsinin zəruriliyini, həm bizim ölkəmiz, həm də dünya ölkələrində məhsuldar toxumun yetişdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə “İlkin Toxum və Toxum Bankçılığı” sahəsində araşdırma aparılması qərara alınıb.
Bu müqavilənin mətninə əsasən “Türkiyədə mövcud olan bəzi makaron, buğda sortlarının Azərbaycanda məhsuldarlıq, keyfiyyət və xəstəliklər baxımından uyğunlaşma qabiliyyətinin və performansının müəyyən edilməsi” mövzusunda iki universitet arasında layihə hazırlanmış və TÜBİTAK-a təqdimat üçün hazırlıq işləri aparılır.
Azərbaycan İlahiyyat İnstitunun (ATİ) rektoru prof. Aqil Şirinov ilə görüşən cənab rektor görüş əsnasında protokol mətninin qarşılığının verilməsinin arzuladığını ifadə edib. Bu məqsədlə “Siyer Nəbi və Quran” mövzusunda elmi görüşlər və akademik nəşrlər dərc edilməsi üçün razılığa gəlinib. Bu nöqteyi-nəzərdən Sıyer Nebi ilə bağlı aprel ayında bir emalatxana yaratma hazırlıqları davam etməkdədir.
Bundan başqa, “Aztəminatlı universitet tələbələrinə mənəvi qayğı: Mənəviyyat yönümlü terapiyanın tətbiqləri” adlı layihənin reallaşdırılması üçün ilk addımlar atılıb.Azərbaycanın əhəmiyyətli təhsil mərkəzlərindən olan ve Yozgat Bozok Universitetiin Bakıda həyata keçirdiyi YÖS ve TÖMER imtahanlarında ev sahibliyi edən Bakı Avrasya Universiteti ilə də bir görüş gerçəkləşib və əməkdaşlıq edilməsi baxımından razılıq əldə olunub. Bu çərçivədə ilk addım olaraq keyfiyyətin idarə olunması dövrlərini özündə ehtiva edən Bozok Universitetinin ekspert təlimçisi Bakı Avrasiya Universitetində müvafiq kadrlara təlim keçmişdir. Bu mövzuda BAU-nun rektor köməkçisi Səyavuş Qasımov bu fikirləri bildirib: “Bozok Universiteti ilə əmkdaşlığımızın güclənməsi bizi məmnun edir. Türkıyədə otuzdan çox universitet ilə əməkdaşlığımız mövcuddur və gözəl layihələr həyata keçirmişik. Bu mənada biz akademik tədqiqatların gücünə inanır və bütün təşəbbüsləri dəstəkləyirik. Biz Bozok Universitetini hələ gənc olmasına baxmayaraq, böyük layihələr irəli sürən ixtisaslaşmış bir universitet kimi qiymətləndiririk”.
2023-cü ildən etibarən Bozok Universitetində təhsil almaq istəyən tələbələr və ailələri ilə bir araya gələn rektor Karadağ, Universitet haqqında məlumat vermişdir. Hazırda 360 tələbənin qeydiyyatda olduğu Bozok Universitetində təhsil alan bir tələbənin anası Ruhsare Saleeh bunları deyir: “Oğlum hal-hazırda Yozgat şəhərində təhsil alır. Qeydiyyat üçün mən də gedib şəhəri və universiteti tanımaq istədim. Çox razı qaldım. Xüsusilə insanların səmimi münasibəti məni çox məmnun etdi. Övladlarımızın Yozgatda təhlükəsiz olduğunu bilmək bizə rahatlıq verir. Düşünürəm ki, uşaqlarımızı akademik baxımdan çox uğurlu bir universitet olan Bozok Universitetinə rahatlıqla göndərə bilərik. Sadəcə onu demək istəyirəm ki, Yozgat qış aylarında çox soyuq olur“.
İki ölkə universiteti arasında gerçəkləşən bu akademik əməkdaşlığa töhfə verən və dəstək olan İnterstudent Xaricdə Təhsil Mərkəzinin təsisçisi Kənan Kərimov, verdiyi açıqlamada valideyn məmnuniyyətindən şad olduğunu bildirmiş, belə işləri daha da inkişaf etdirməyin müsbət bir hal olduğunu ifadə etmiştir. Belə qurumların konsultasiya xidməti verməyi ilə yanaşı, eyni zamanda, iki qardaş ölkə arasında təhsil sahəsində qurulacaq əməkdaşlığa dəstək olmağa davam edəcəklərini, Yozgat Bozok Universitetinin dünyaya açıq və böyük hədəfləri olan bir universitet olduğunu açıqlayıb. Başda Türkiyə olmaqla Avropanın bir çox ölkələrinə tələbə göndərdiklərini və göndərilən tələbənin qeydiyyat dövründən məzun olma dövrünə kimi bütün məsuliyyətinə sahib çıxdıqlarını ifadə edən Kərimov, “məsuliyyət və etibarlılıq” təməlində xidmət etməyə davam etdiklərini ifadə etmişdir.