Türkiyəli tanınmış aktrisa və model Dəniz Akkaya haqqında saxlanılma qərarı verilib.
Hokm.az “Ölkə.az”a istinadla xəbər verir ki, buna səbəb türkiyəli fenomen və müğənni Selin Ciğercinin onu prokurorluğa şikayət etməsidir.
Belə ki, S.Ciğerci və həyat yoldaşı Gökhan Çıranı hədəf alan açıqlamalarla çıxış etdiyinə görə müğənni D.Akkayanı şikayət edib. Məhkəmə şikayət əsasında D.Akkaya barəsində 3 aylıq tədbir qərarı verib.
D.Akkaya müddət dolmadan qərarı pozduğuna görə barəsində 3 günlük məcburi həbs qərarı çıxarılıb. Ancaq model vaxtında prokurorluğa getmədiyi üçün bu dəfə də barəsində saxlanılma qərarı verilib.
Əgər D.Akkaya polis tərəfindən saxlanılarsa, 3 günlük azdlıqdan məhrum ediləcək.
Qeyd edək ki, D.Akkaya qonaq olduğu verilişlərdən birində S.Ciğerci haqqında bəzi iddialar səsləndirdiyi üçün məhkəməlik olmuşdular.