Türkiyədə sərnişin avtobusu aşıb, 14 nəfər ölübbackend

Türkiyədə sərnişin avtobusu aşıb, 14 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, Balıkesir-Edremit yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Belə ki, sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.

  •  (1)
  •  (2)