Dubayda Türkiyə Təlim və Təhsil Mərkəzinin növbəti təhsil səfəri 26-30 yanvar 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
2014-cü ildən etibarən ardıcıl olaraq təşkil edilən beynəlxalq təhsil proqramlarında bu dəfə 25 müəllim-professor heyəti iştirak edib. Respublikanın aparıcı ali və orta təhsil müəssisələrinin müəllimlərindən ibarət komandamızın iştirakı ilə 26- 30 yanvar tarixlərində təşkil olunan “Eğitimcinin Eğitimi” Dubay Təhsil Səfərinə start verilmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin aparıcı ali təhsil ocaqlarından olan “Middlesex”, “Synergy” və “Murdoch” universitetlərinə ziyarət təşkil olunub. “Middlesex” Universitetində “Modern Education”, “Synergy” Universitetində “Z nəsli ilə təlim və tədrisin təşkili”, “Murdoch” Universitetində isə “İnnovativ Tədris Yanaşmaları” mövzularında təşkil oluanan seminarlarda iştirak edən layihə iştirakçıları eyni zamanda maddi-texniki təhcizatı ilə tanış olub, tələbə-müəllim heyəti ilə görüşüblər.
Səfər çərçivəsində bu universitetlərdə təhsil alan soydaşlarımıza xüsusi dərs vəsaitləri təqdim olunub. Təlimçilərin və layihə iştirakçılarının bilik və bacarıqlarını artırmaq baxımından müstəsna əhəmiyyət kəsb edən təlimlərd\ gələcək əməkdaşlıq və fəaliyyət imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Əmirliyin zəngin tarixi abidələrini və mədəniyyət mərkəzlərini ziyarət edən səfər iştirakçılara Dubayın tarixi, arxitekturası barədə məlumatlar verilib.
Tədbir əsnasında iştirakçılara sertifikatlar təqdim olunub. Bu cür layihələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb.
Azərbaycan və Türkiyə təhsil sistemləri arasında akademik bilik və təcrübə mübadiləsini təşviq edən mühüm platforma olaraq səfər, Türkiyə Təlim və Təhsil Mərkəzinin bu prosesdə fəal iştirak etməsi, innovativ yanaşmaların tətbiqinə dəstəyi ilə yaddaqalan oldu. Səfər çərçivəsində imzalanan razılaşmaların, təhsil sahəsində yeni inkişaf modellərinin formalaşmasına töhfə verəcəyi şübhəsizdir.