Türkiyənin Azərbaycandakı Səfirliyi minaya düşərək həlak olan azərbaycanlı dinc mülki şəxsləri ilə əlaqədar başsağlığı verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, başsağlığında deyilir:
“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTv-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına baş sağlığı, yaralılara şəfalar diləyirik”.