Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən fəaliyyətə başlayır.
Hokm.az Trend-ə istinadən xəbər verir ki, Ağdamda monitorinq mərkəzinin açılışı baş tutub.
Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Nümayəndələr mərkəzdə yaradılmış şəraitlə tanış olublar.