Avropa Şurasının hərbi analitiki “Bayraqdar TB2”-lərin Dağlıq Qarabağ müharibəsində oynadığı rolun müharibə taktikasını kökündən dəyişdiyini bildirib.
Hokm.az redaktor.az-a istinadən xəbər verir ki, Qustav Qressel bunu nümunə gətirərək Avropanın dərs almalı olduğunu diqqətə çatdırıb:
“Türkiyə PUA-larının uğuru Avropanı həyəcana salmalıdır. Ermənistan minlərlə əsgərini itirdi.Tank və zirehli texnikalarını Azərbaycan ordusunun arsenalında olan Türkiyə PUA-ları məhv etdi. Bu taktika Ermənilərin düşündüyü, müdafiəsi asan olan dağlıq bölgələrdə də işə yaradı. Şuşaya edilən hücum ermənilərin bu torpaqlarda belə şanslarının olmayacağını göstərəndə artıq onların ordusu dağılmağa başladı. Rəsmi İrəvanın atəşkəs etməkdən başqa seçimi qalmadı”.