Türkiyə Prezidenti ELAN ETDİ: “Rusiyanın ciddi itkiləri var”backend

Türkiyə Prezidenti ELAN ETDİ: “Rusiyanın ciddi itkiləri var”

“Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi, yaşamadığı bir prosesdir”.

Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Türkiyə lideri qeyd edib ki, bu gün Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür, qüvvətdir: “Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və sahəsinə görə o qədər də kiçik dövlət deyil. Hazırda, təbii ki, dünya, xüsusən də Qərb Ukraynanı dəstəkləyir, ona sahib çıxır. Belə bir strukturdan söhbət gedir. Bu baxımdan qiymətləndirmələr aparılıb. Əlbəttə, bu da var ki, bəziləri “Bu müharibə bir həftə, 10 günə bitəcək” deyirdi. Gördüyünüz kimi, bir həftə, 10 günə bu müharibə bitməyib. Bitmədi, amma bitib-bitməməsi bir yana, çoxlu itki var. Xüsusilə uşaq və qadınlar baxımından ciddi itkilər var. İndi onlara məhəl qoymamaq mümkün deyil. Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır. Sülh ən vacib həll və çıxış yoludur. Bu nöqteyi-nəzərdən ümid edirəm ki, biz bu işin tez bir zamanda başa çatmasına vəsilə ola bilərik. Türkiyə olaraq belə bir prosesdə həm cənab Putinin, həm də cənab Zelenskinin inamı ilə bu işi başa çatdırmaq bizi xoşbəxt edəcək”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukrayna məsələsində sülh tərəfdarı, prinsipial və eyni zamanda balanslı siyasətinin bütün tərəflər tərəfindən təqdir edildiyinə diqqət çəkib: “Bir çox liderlər Türkiyənin məsuliyyətinin vacibliyini və bu ikitərəfli dialoqları gündəmə gətirdi. Xüsusilə İstanbul görüşündən sonra əldə edilən nəticəni gündəmə gətirdi. Türkiyə həm də bir çox Avropa İttifaqına və NATO-ya üzv dövlətləri fərqli baxışa sövq etdi. Mən bütün Qərbi nəzərdə tuturam, indi bizim istəyimiz budur, ümid edirəm ki, Türkiyə bütün liderlərin gözündə çox fərqli bir yerə sahib olacaq. Aldığımız rəylərlə bunu görürük”.

Rusiyanın hərbi fəaliyyətləri fonunda dialoqun davam etdirilməsinə önəm verdiklərini ifadə edən Ərdoğan “bu dialoq təkcə Ukrayna kontekstində deyil, Suriya, Liviya, Cənubi Qafqaz kimi bizimlə yaxından əlaqəli bir çox coğrafiyada da əhəmiyyətli və zəruridir. Digər tərəfdən, Abramoviç danışıqlarda nümayəndə heyətinin üzvü kimi iştirak etdi. Kimin masaya oturduğuna yox, kimin adına masaya oturduğuna baxmaq lazımdır. Rusiya və cənab Putin Abramoviçi nümayəndə heyətinə daxil edibsə, bu o deməkdir ki, ona inanıblar və güvəniblər. Həmin görüşdə hamı kimi onu da salamladıq. Mən nümayəndə heyətinin üzvlərinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu səyin nəticəsini tezliklə görəcəyik” – deyə vurğulayıb.publika.az

  •  (0)
  •  (0)