Türkiyə ordusunun karvanına HÜCUM EDİLİ: 1 şəhid, 4 yaralıbackend

Türkiyə ordusunun karvanına HÜCUM EDİLİ: 1 şəhid, 4 yaralı

Mayın 10-da “Bahar Qalxanı” əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib.

Hokm.az Publika.az-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər.

Hücumdan sonra bilinən hədəflər atəşə tutulub.

Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib.

  •  (0)
  •  (0)