Türkiyə ilə sərhəddə dəhşətli terror törədildi – ÖLƏNLƏR VARbackend

Türkiyə ilə sərhəddə dəhşətli terror törədildi – ÖLƏNLƏR VAR

Suriyanın şimalında – Türkiyə ilə sərhəddə yerləşən Cerablus şəhərində terror aktı törədilib.

Hokm.az xəbər verir ki, minalanmış motosikletin partladılması nəticəsində azı 3 nəfər həlak olub. Hadisəni PKK terror təşkilatının Suryadakı qanadı YPG tərəfindən törədildiyi güman edilir.

Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıblar.

Qeyd edək ki, Cerablus Türkiyə Hərbi Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənib.publika.az

  •  (0)
  •  (0)