Türk dünyasının yoldaşlığından, dostluğundan, çətin günündə hər zaman bir-birilərinə arxa çıxmağından, mərdliyindən, cəsarətindən bəhs edən “Dostum Qardaşım” Azərbaycan filminin çəkilişləri bitib.
Bu barədə Hit.az-a açıqlamasında filmin Baş prodüseri və ssenari müəllifi Nicat Mənalı deyib.
Onun sözlərinə görə filmin təqdimat mərasimi yazda baş tutacağı gözlənilir.
Nicat Mənalı Milli Qəhraman Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filmindən də söz açıb:
“Milli Qəhraman Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filmi demək olar ki, yayıma hazırdır. Film yaxın aylarda izləyicilərin ixtiyarına buraxılacaq. Çox yaxında sizi “Mübariz” filminin qala gecəsində gözləyəcəyik”.
Qedək ki, filmin Baş prodüseri və ssenari müəllifi Nicat Mənalı, kast rəhbəri Yeva Elvida Məmmədova, Baş direktor Zamin Mövsünov, rejissor Natiq Novruzov, quruluşçu operator isə Akan Açıqsözdür.
Yeva Elvida Məmmədova eyni zamanda Nicat Mənalının şəxsi prodüseridir.