Ötən gün sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab vermələri barədə görüntülər yayılmışdı. Görüntüləri çəkən ekoaktivist Cavid Qara bildirdi ki, kadrlar Qax Dövlət Təbiət Yasaqlığının ərazisində qeydə alınıb. Ərəb turistər oraya böyük heyətlə gəliblər. Artıq faktla bağlı araşdırmalara başlanıb.
Göyərçinlərin ayağını bağlayaraq onları ov şahinlərinə parçaladıblar.
Ötən gün sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab verməsi barədə görüntülər yayılıb. Kadrlardan da görünür ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq onu şahinlərə yem edir. Hətta göyərçini əlindəki ip vasitəsilə uçurdaraq şahinlərin ona cummasına çalışır.
Görüntüləri çəkən ekoaktivist Cavid Qara “Xəzər Xəbər”ə bildirdi ki, kadrlar Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə qeydə alınıb. Ərəb turistlər oraya böyük heyətlə gəliblər. Onların Acınohurda ov etmələri ilə bağlı məlumat alan ekoaktivist də dərhal oraya üz tutub.
Cavid Qaranın sözlərinə görə, ərəblər orada ov şahinlərinə təlim keçiblər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat verilib. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Xəzər Xəbər”ə bildirdi ki, ovda iştirak edən şəxslər cərimələniblər.
Hikmət Əlizadə bildirdi ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə hansısa pozuntulara göz yumması kimi faktlar təqdim olunarsa, bu məsələlər də obyektiv şəkildə araşdırılıb ictimaiyyətə əlavə məlumat veriləcək.