Hokm.az xəbər verir ki, AZXEBER.COM-un “Nazimlə Tez-bazar” rubrikasının qonağı tanınmış aparıcı Turan İbrahimovdur.
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Turan qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.
O şəxsi həyatından, sənətindən danışıb.
Həmin süjeti təqdim edirik:
– Televiziya mənim üçün…
– Heç vaxt arzu, xəyal olmayıb. İndi də mənim üçün menecer nöqteyi nəzərdən maraqlıdır.
-Məşhur olduğumu o zaman anladım ki…
-O qədər də məşhur deyiləm
-Özümü ən rahat hiss etdiyim telekanal…
-Son çalışdığım Azad Azərbaycan Televiziyası.
– Efirdən uzaqlaşma səbəbim…
– Yəqin kimlər üçün isə fərqli görünməyə başlamışdım.
– Turan İbrahimov deyəndə ağla gələn ilk fikir…
– Hər zaman sözün düzünü deyən . Sovet dövründə batmış əmanətlərin qaytarılmasına səbəb olan adam.
– İndiki verilişlər…
– Çox pis idarə olunan kanallarda ortaya çıxan verilişlərdir deyərdim, o vaxta qədər ki, İctimai və AzTv rəhbərinin dəyişildi.
– Hazırda çalışdığım iş…
– Menecerlik, pr mütəxəsisi kimi müşavirlik.
– Açıq sözlüyümə görə…
– Hər zaman özümü rahat hiss etmişəm.
– Yoldaşım da məşhur olduğu üçün…
– Onunla qürür duyuram. Bu da cəmiyyət üçün əlavə bir nümunədir.
– Mənə görə yoldaşımla küsən…
– Elə bir insan yoxdur.
– Boşanmış qadınlar cəmiyyətdə…
– Onlar cəmiyyətdə çox çətin əksəriyyəti. Son dövrlər bir qədər dəyişib. Guya elə görünür ki, boşanmış olmaq avantajlı olur. Amma o qadınlar özü-özlüyündə bilir ki, bədbəxtdir.
– Teleməkandan uzaqlaşdırmaq istədiyim aparıcı….
– Televiziyadan hansısa kadrın uzaqlaşmasına səbəb tamaşaçı və reytinq olmalıdır.
– Məmur olsaydım….
– Xalqa daha yaxın olardım.
– Pozğunluğu təbliğ edənlər…
– Onlar göz qabağındadır. Şərait yaradanlar da.
– İndi reytinq üçün….
– Ruhlarını şeytana satırlar.
– Efirdə dediklərimə görə peşmanlıq…
– Hər kəlməmə görə xoşbəxtəm
– 2010-cu ildə ona görə deputat olmaq istəyirdim ki…
– Düşünürdüm ki, cəmiyyətə daha yaxın olacam.
– Hazırda Rauf Arifoğlunun ona görə vəkiliyəm ki…
– Məni vəkil kimi görmək istədi.
– Afrika ölkələrinə ona görə getdim ki…
– Baxıb özümə gəlim. Səfalət, aclıq, yoxluq ordadır.
– Onlardan öyrəndim ki…
– Azərbaycan xalqı çox yaxşı yaşayır. Xalqımız hansı səviyyədə olduğunun fərqində deyil.
-Övladıma məsləhətim...
-Kişi adam olsun
– Bundan sonrakı həyatımı…
– Yenə dürüst, heç kimin yanında başıaşağı olmamaq üçün fəaliyət göstərəcəm.
– Etdiyim ən böyük səhv…
– Təbii ki, çox böyük səhvlərim olub. Bəzi adamlar var ki, onlara həddim artıq güvənmişəm.
– Həzz aldığım səhvim..
– Elə bir səhvim yoxdur.
– Məni efirdən uzaqlaşdıran məmura demək istəyirəm ki..
– Hər kəsin etdiyi bumeranq kimi gəlib onun özünə dəyir.