ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Respublikaçılar Partiyasının Milli Komitəsinin həmsədri vəzifəsini tərk etmək niyyətindədir.
Hokm.az-ın məlumatına görə, o, bu barədə “X” səhifəsində yazıb.
“Görməyə gəldiyim iş artıq tamamlandı və mən növbəti görüşümüzdə rəsmən istefa vermək niyyətindəyəm”, – o qeyd edib.
“Associated Press”ə müsahibə verən Lara Tramp Floridadan senator olmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Qeyd edək ki, Florida senatoru Mark Rubio Trampın yeni administrasiyasında dövlət katibi vəzifəsinə namizəddir.