Bu gün ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Hokm.az-ın məlumatına görə, andiçmə mərasimi əvvəlki illərdən fərqli olaraq Kapitoli binasının daxilində baş tutacaq.
Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Vans Lafayette meydanının qarşısındakı kiçik, sarı kilsədə dua edəcəklər.
Trampın iki övladı – İvanka Tramp və Erik Tramp ada andiçmə mərasimində iştirak edirlər. Qonaqlar arasında aşağıdakı şəxslərə də var:
– Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson
– Hindistanlı milyarder Mukeş Ambani
– “Meta” şirkətinin sahibi Mark Zukerberq
– “Apple” şirkətinin icraçı direktoru Tim Kuk
– “Amazon.com””un qurucusu Cef Bezos və sevgilisi Lauren Sançez
– “Tesla” və “SpaceX”in sahibi Elon Musk.