Tramp Baydenə “SÖZ ATDI”: “Putinlə toplantı zamanı yatma”backend

Tramp Baydenə “SÖZ ATDI”: “Putinlə toplantı zamanı yatma”

ABŞ-ın sabiq prezidenti Donald Tramp hazırki dövlət başçısı Co Baydenə növbəti dəfə mesaj göndərib.

Hokm.az publika.az-a istinadla xəbər verir ki, Tramp, 16 iyunda Cenevrədə Rusiya dövlət başçısı ilə görüşəcək Baydenə uğurlar diləyib. Amma xələfinə “söz də atıb”:

“Bayden, toplantı zamanı yuxuya getmə və Putinə ən səmimi diləklərimi çatdır”.

Tramp prezidentliyi dövründə Helsinkidə Putinlə çox məhsuldar bir görüş keçirdiyini söyləyib: “Gecikmiş yalançı mətbuat toplantını kiçik formada təqdim etdi. Amma ABŞ bu toplantıda Putinin və Rusiyanın hörməti də daxil olmaqla bir çox şey qazandı”.

  •  (0)
  •  (0)