Tramp ABŞ-da ölüm cəzasını BƏRPA ETDİbackend

Tramp ABŞ-da ölüm cəzasını BƏRPA ETDİ

ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb.

Hokm.az xəbər verir ki, Ağ Evin saytında dərc edilən sənəddə deyilir: “ABŞ-ın siyasəti ölüm hökmünə icazə verən qanunlara hörmətlə yanaşılması və tam şəkildə tətbiq edilməsi və edamlara maneçilik törədən, edamların qarşısını almaqla qanunu pozan siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır”.

Orada deyilir ki, ABŞ Baş Prokurorluğu qanuna uyğun olaraq xüsusilə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb etməlidir.

Tramp həmçinin baş prokurora bütün ştatların kifayət qədər öldürücü inyeksiyalarla təmin etmək üçün lazımi addımlar atmağı tapşırıb.

  •  (0)
  •  (0)