“Hakimiyyətin “Torpaqları təhvil verməsək, güzəştlərə getməsək, müharibə başlayacaq” tezisi bu son 8 ay ərzində müxtəlif tranformasiyalara məruz qaldı”.
Hokm.az Ordu.az-a.istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni hərbi ekspert Tiqran Abrahamyan yazıb.
“Kəlbəcər, Ağdam, Laçın, daha sonra Zəngilanın, Qubadlının noyabrın 9-na olan vəziyyətə əsasən erməni nəzarəti altında olan hissələri, eləcə də Hadrut rayonunun bir neçə kəndi bu “əsaslandırma” ilə təhvil verildi. Bu tezis bu seçki mərhələsində, bunun müxtəlif dəyişiklikləri ilə inanları ona inandırmaq üçün istifadə olunur ki, biz hakimiyyətdə olmasaq, müxtəlifətin seçkilərdə qalib gələcəyi halda yeni müharibə olacaq. Bu, nəinki cəmiyyəti qorxutmaq, azdırmaq yolu ilə duyğular əsasında öz qara işlərini görmək meylinə sahibdir, həmçinin başqa ərazi itkiləri üçün yol açır”, – deyə o qeyd edib.