II Qarabağ müharibəsində Rusiya öz müttəfiqlik öhdəliklərinin icrası üçün maksimum şəkildə çalışıb.
Hokm.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.
“Bütün müharibə ərzində mən Rusiya müdafiə naziri Sergey Şoyqu ilə daimi kontaktda olmuşam. Elə günlər olub ki, biz gündə bir neçə dəfə telefonla danışmışıq. Aydın səbəblər ucbatından bütün detalları açmayacağam, amma birmənalı şəkildə deyə bilərəm ki, müharibə şəraitində Rusiya öz müttəfiqlik öhdəliklərinin icrası üçün maksimum şəkildə çalışıb”, – deyə o bildirib.axar.az