Çində milyarderlərin sayı sürətlə artır.
Hokm.az bildirir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan ölkədə milyarderlərin sayı bir ildə 307 nəfər artaraq 1185 nəfərə çatıb. Son 10 ildə isə Çində milyarderlərin sayı 5 dəfə artıb.
Çinin ən varlı adamı mədən suyu şirkətinin sahibi olan Jun Şanşandır. Junun 60,6 milyard dollar sərvəti var.
Onu 52,8 milyard dollarla “TikTok” video platformasının qurucusu Jan İmin izləyir. “TikTok” qurucusunun tezliklə Çinin ən varlı adamı olacağı güman edilir.
Zənginlər siyahısında növbəti yeri 47,4 milyard dolar sərvəti ilə avtomobil akkumlyatoru istehsalçısı olan CATL firmasının sahibi Zenq Yuqun tutur.Sfera.az