Azərbaycan Tibb Universitetində müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlandığı ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Modern.az-a danışan ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyilənləri təsdiq edib.
Onu sözlərinə görə universitetin hərbi tibb fakültəsində yoluxma halları baş verib. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.