Tibb təhsilində yeni mərhələ – Bu dəfə QARABAĞDAbackend

Tibb təhsilində yeni mərhələ – Bu dəfə QARABAĞDA

Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır. Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır.

Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs də yaradılıb. Klinika Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.

Qeyd edək ki, Qarabağ Universitetində Tibb fakültəsinin açılması ölkəmizdə tibb təhsilində yeni mərhələ hesab edilir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Qarabağ Universitetində tibb fakültəsinin yaradılması çox mühüm addımdır:

“Gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun yüksək perspektivlərini nəzərə alsaq və böyük infrastukturun qurulması, “Böyük Qayıdış” proqramının uğurla yerinə yetirilməsi üçün bu çox önəmlidir. Təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, ətraf bölgələrdə də əhalinin artım tempini nəzərə aldıqda bu kifayət qədər uğurlu bir addımdır. Təhsilin yeni çağırışlara cavab verməsi baxımından bu çox önəmlidir.

Xüsusən ailə həkimliyi modelinin önəm kəsb etməsi baxımından bu ixtisaslara daha çox diqqət yetirilməsi, səhiyyə menecmenti sahəsində irəli addımların atılması, hazırda dar ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi baxımından universitetin bu istiqamətdə fəaliyyət göstərməsi çox önəmlidir. Almaniyanın, Avropanın və Türkiyənin aparıcı tibb müəssisələri ilə qarşılıqlı faəliyyətin göstərən, yaxud ikili diplom verən müəssisə olması gələcək strateji addımlardan biri ola bilər”- M.Məmmədli bildirib.

  •  (0)
  •  (0)