Təyyarənin pilotu təqaüdə çıxmalıydı, amma bunu istəmirdi…backend

Təyyarənin pilotu təqaüdə çıxmalıydı, amma bunu istəmirdi…

İqor Kşnyakin çox bacarıqlı pilot və nümunəvi dost idi.

Hokm.az xəbər verir ki, bu sözləri ötən gün Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu İsfəndiyar Müslimov jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, İqor Kşnyakinin itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük bir boşluq olacaq: “Hazırda ailəsi yas mərasiminə hazırlaşır və bu, hamımız üçün çox çətin bir dövrdür”.

Dostunun sözlərinə görə, dünən baş verən təyyarə qəzasında kapitan pilotun həlak olduğu təsdiqlənib, yaxınları və dostları hadisə ilə bağlı dərin kədər hissi yaşayırlar.

“Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi. Pilotun ailəsi onun itkisi ilə bağlı mənəvi cəhətdən sarsılıb. Allah bütün həlak olanlara rəhmət eləsin”, – deyə İ.Müslimov əlavə edib.

  •  (0)
  •  (0)