Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində həlak olan 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovun nəşi ölkəyə gətirilib.
APA-nın şimal bürosu xəbər verir ki, M.İbrahimov bu gün Quba qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər həlak olub.
M.İbrahimov əslən Quba rayonundandır. Ailəli olub, 3 övladı var./Oxu.az