Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi Vətən müharibəsi başlayan gündən bu vaxta qədər ölkə ərazisində düşmənin törədə biləcəyi terror hadisələrini istisna etməyib.
Hokm.az xəbər verir ki, bununla bağlı dəfələrlə vətəndaşlara edilən müraciətdə toplu şəkildə yığışmaqdan çəkinmək və şübhəli hallar görərkən qaynar xəttə müraciət etmək öz əksini tapıb.
Erməni terrorunun törədilə biləcəyi məkanlar haralar ola bilər? Bu suala cavab tapmaq üçün ARB kanalı təhlükəsizlik üzrə ekspert Seymur Şeydayevin fikirlərini öyrənib.