“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsinin elan etdiyi “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanması” xidmətinin satın alınması ilə bağlı tender ləğv edilib.
Hokm.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti verib.
Tender üzrə ehtimal olunan qiymət 195 000 AZN olub.
Qeyd edək ki, Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovdur. Bir müddət əvvəl, Bakıda Təhsilin İnkişafı Fondu və bp şirkəti arasında tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.