Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.
Hokm.az-ın Report-a istinadən məlumatına görə, Yaşar Məhərrəmov öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Y.Məhərrəmov 2019-cu ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.