Təhsil Nazirliyindən 8 Martla bağlı ÇAĞIRIŞbackend

Təhsil Nazirliyindən 8 Martla bağlı ÇAĞIRIŞ

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Hokm.az xəbər verir ki, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.

Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir:

“Belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir”.

  •  (0)
  •  (0)