Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI – VİDEObackend

Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI – VİDEO

1-ci siniflərə elektron qaydada qəbul davam edir. İndiyə kimi bununla bağlı 100 min-dən çox qeydiyyat aparılıb.

Hokm.az xəbər verir ki, bunu “XəzərXəbər”ə açıqlamasında Təhsil nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova deyib.

Sosial şəbəkələrdə isə bəzi valideynlərin övladları üçün mektebeqebul.edu.az portalı vasitəsilə məktəb seçə bilmədikləri ilə bağlı iddialar yayılıb. Səbəb kimi yerlərin qısa zamanda dolması göstərilib.

Təhsil Nazirliyi iddialara münasibət bildirib. Qurumun Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova bildirib ki, Azərbaycan bölməsi üzrə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Buna görə də çox az miqdarda yer qalıb.

Gülüstan Cəfərva qeyd edib ki, qeydiyyatdan keçə bilməyən digər valideynlərə də şərait yaradılacaq.

Gülüstan Cəfərəova əlavə edib ki, tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat mayın 30-na qədər davam edəcək. Müsahibədən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi prosesi 11 iyun tarixindən aktivləşdiriləcək. Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu mayın 4-də başlayıb

  •  (1)
  •  (0)