Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tutduğu vəzifədən azad olunub.
Bu barədə“AzPolitika.info”-ya təhsil sektorundakı etibarlı mənbədən məlumat verilib. Müvafiq Prezident sərəncamının bu gün elan olunacağı gözlənilir.
Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.