Təhsil Nazirliyində yeni təyinat olub.
Hokm.az Trend-ə istinadən xəbər verir ki, Nicat Məmmədli təhsil nazirinin müşaviri təyin olunub.
Məlumatı nazirlikdən təsdiqləyiblər.
Qeyd edək ki, N.Məmmədli bundan əvvəl Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.