“Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi”.
Hokm.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.
O qeyd edib ki, şagird davamiyyəti 80 faizə qədərdir:
“Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir”.