Xəbər verdiyimiz kimi Abşeron rayonu Qobu qəsəbəsində iki gənc qız birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Hokm.az xəbər verir ki, hadisə ilə bağlı Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşım edib.
“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”, – nazir bildirib.