Təhqir olunan jurnalistlər Sahibə Qafarovaya müraciət etdilərbackend

Təhqir olunan jurnalistlər Sahibə Qafarovaya müraciət etdilər

Deputat Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlər toplantı keçirib.

Hokm.az xəbər verir ki, görüş “Yeni Müsavat”ın redaksiyasında baş tutub. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarovaya C.Feyziyevin mandatında məhrum edilməsi ilə bağlı müraciət olunub.

Xatırladaq ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. O, bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan C.Feyziyev bu paylaşımda jurnalistlərin adını çəkərək təhqir edib.

  •  (0)
  •  (0)