“Təcrübəsiz müəllimlər üçün mentor proqramları təşkil oluna bilər”backend

“Təcrübəsiz müəllimlər üçün mentor proqramları təşkil oluna bilər”

Müəllimlərin tədris etdikləri fənnlərlə bağlı bilik boşluqları təhsilin keyfiyyətinə birbaşa təsir edir və bu problemlərin həlli üçün kompleks yanaşma tələb olunur.

Bunu Hokm.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib.

O qeyd edib ki, dertifikasiya sistemi müəllimlərin bilik səviyyəsini yoxlamaq və müəyyən standartları təmin etmək üçün vacib bir vasitədir:

“Lakin bu, tək başına kifayət etməyə bilər. Sertifikasiya ilə yanaşı, digər tədbirlər də zəruridir, Məsələn davamlı peşəkar inkişaf müəllimlər üçün mütləqdir. Müəllimlər üçün davamlı təlimlər və peşəkar inkişaf proqramları təşkil edilməlidir. Bu proqramlar yeni metodologiyaları, fənn biliklərini və pedaqoji yanaşmaları əhatə etməlidir. Fakültələrdə təhsilin keyfiyyətinin artırılması mütləqdir. Müəllimlərin ilkin hazırlıq mərhələsində universitetlərdə daha keyfiyyətli tədris təmin edilməlidir”.

G.Əkbərova qeyd edib ki, mentorluq və dəstək proqramları da təsis edilməlidir:

“Təcrübəsiz müəllimlərə dəstək göstərən mentor proqramları təşkil oluna bilər ki, onlar həm təcrübədən, həm də nəzəri biliklərdən faydalana bilsinlər. Və əlbəttə ki, müəllimlərin daha da inkişaf edib, öz üzərlərində çalışmaları üçün motivasiyasını artırmaq məqsədli həm maliyyə, həm də qeyri-maliyyə həvəsləndirici mexanizmlər tətbiq edilməlidir. Bununla yanaşı, illik qiymətləndirmə sistemləri ilə inkişaf izlənməlidir. Düzdür sertifikasiya başına görə əməkhaqqının artırılması mövcuddur. Amma əlavə həvəskəndiricilərdən də istifadə edilsə bu motivasiyasını daha da artırar”.

  •  (0)
  •  (0)